Azərbaycan neftinin qiyməti 82 dolları keçdi
REKLAM728×90

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,41 ABŞ dolları və ya 8,47 % artaraq 82,07 ABŞ dolları təşkil edib.
Bu barədə EDnews-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 78,36 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,47 ABŞ dolları və ya 8,87 % artaraq 79,41 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
REKLAM728×90