Haqqımızda Reklam Media Kodeksi Əlaqə Valyuta Hava
AZ EN RU
SON DƏQİQƏ
REKLAM160×600
REKLAM160×600

“İran bizə zəng edib, razılaşmaq istəyir”- TRAMP

09 İyul 2026, 09:57 Dünya
REKLAM728×90

“İran bizə zəng edib, razılaşmaq istəyir”.

EDnews xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Türkiyənin Ankara şəhərində keçirilən NATO sammitindən Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Vaşinqtonun İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlardan sonra Tehran ABŞ ilə əlaqə saxlayaraq razılaşma əldə etmək istədiyini bildirib.

“Bir müddət əvvəl bizə zəng etdilər. Çox pis vəziyyətdə razılaşma əldə etmək istəyirlər. Amma onların buna layiq olub-olmadığını bilmirəm”, – deyə ABŞ Prezidenti söyləyib.

Tramp əlavə edib ki, İranın Hörmüz boğazında bir neçə gəmiyə hücum etməsi və ABŞ-nin buna cavab verməsindən sonra iki ölkə arasında qüvvədə olan atəşkəs faktiki olaraq başa çatıb.

“Onlar bizi hər dəfə vuranda, biz onlara 20 zərbə endiririk”, – deyə o vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, İran Hörmüz boğazında hücumlarını davam etdirərsə, Vaşinqtonun hərbi cavabı daha sərt olacaq.

REKLAM728×90
Paylaş: